...

Hava hərəkəti xidməti təchizatçılarının sertifikatlaşdırılması qaydası təsdiqləndi

Cəmiyyət Materials 24 Fevral 2025 17:33 (UTC +04:00)
Hava hərəkəti xidməti təchizatçılarının sertifikatlaşdırılması qaydası təsdiqləndi
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

“Hava hərəkəti xidmətlərini təmin edən təchizatçıların, habelə sistemlərin, onların tərkib hissələrinin layihələndirilməsinə, istehsalına və ya texniki xidmətinə cəlb olunan təşkilatların sertifikatlaşdırılması Qaydası” təsdiq edilib.

Trend xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Bu Qaydanın tələblərinin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən həyata keçirilir.

Sertifikatlaşdırma aşağıdakı mərhələlərdən ibarətdir və 90 (doxsan) gün müddətində aparılır:

müraciətdən əvvəlki mərhələ;

müraciət və ilkin qiymətləndirmə;

sənədlərin yoxlanılması;

xidmət təminatçısının vasitələrinin, xidmətlərinin və avadanlıqlarının qiymətləndirilməsi;

uyğunluq sertifikatının verilməsi və ya verilməsindən imtina.

Xəbər lenti

Xəbər lenti