...

28 avtobusdan katalizator oğrulayanlar saxlanılıblar (FOTO)

Cəmiyyət Materials 24 Fevral 2025 17:41 (UTC +04:00)
28 avtobusdan katalizator oğrulayanlar saxlanılıblar (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Xəzər rayonunda 28 avtobusdan katalizator oğrulayanlar saxlanılıblar.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər rayonu ərazisində yerləşən şirkətlərin birinə məxsus qarajdan 28 avtobusun katalizatorlarının oğurlanması barədə polisə məlumat daxil olub.

"Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Ş.Mahmudzadə və 22 yaşlı H.Əlizadə müəyyən olunaraq saxlanılıblar.

Onların digər analoji cinayətlərdə iştirak edib-etmədiklərini müəyyən etmək məqsədi ilə araşdırmalar davam etdirilir", - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti