Bakı. Trend:
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçiriblər. Tədbirlərlə əvvəllər məhkum olunmuş 48 yaşlı Səbuhi Şahbazov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, həmin şəxsdən 10 kiloqram marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, S.Şahbazov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.