...

Xocalı soyqırımının 33-ci ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb

Cəmiyyət Materials 25 Fevral 2025 09:53 (UTC +04:00)
Xocalı soyqırımının 33-ci ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Xocalı soyqırımının ildönümü ilə əlaqədar keçiriləcək anım tədbirlərinə hazırlıq işləri yekunlaşıb.

Bu barədə Trend-ə Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib.

O bildirib ki, Xocalı faciəsinin 33-ci ildönümü ilə bağlı paytaxtın Xətai rayonunun Xocalı prospektində “Ana fəryadı” abidəsinin yerləşdiyi parkda aparılan hazırlıq işlərinə fevralın əvvəlindən başlanılmışdı.

Parkın ətrafında və daxilində yararsız hala düşmüş hissələrdə aqlay daşla üzlənmə, skamyaların rənglənməsi, işıqlanmanın bərpası, günlüklərin təmiri işləri aparılıb.

"Xocalı prospekti boyu yerləşən binaların fasadları təmizlənib, səkilər yuyulub. Xocalı parkına gələn küçə və yollarda gül və dekorativ gül kollarının əkilməsi həyata keçirilib", - deyə şöbə müdiri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti