...

“Qalatasaray” öz meydanında “Fənərbağça” ilə heç-heçə edib - Türkiyə Superliqası

İdman Materials 24 Fevral 2025 23:17 (UTC +04:00)
“Qalatasaray” öz meydanında “Fənərbağça” ilə heç-heçə edib - Türkiyə Superliqası

Bakı. Trend:

Futbol üzrə Türkiyə Superliqasında XXV tura yekun vurulub.

Trend xəbər verir ki, turun bağlanış oyununda "Qalatasaray" öz meydanında "Fənərbağça"nı qəbul edib. Görüş qolsuz heç-heçə ilə nəticələnib.

Matçı sloveniyalı tanınmış hakim Slavko Vinçiç idarə edib.

Bu nəticədən sonra "Qalatasaray" 63 xalla turnir cədvəlinə başçılıq edir. "Fənərbağça" isə 58 xalla 2-ci pillədə qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti