Bakı.Trend:
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankarada səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb.
Trend xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
Mətbuata qapalı keçən görüşdə Ukrayna müharibəsi, regional məsələlər və ölkələr arasında olan ikitərəfli münasibətlərin müzakirə olunacağı gözlənilir.
Görüşün ardından Türkiyə prezidentinin başçılığı altında birgə mətbuat konfransının keçiriləcəyi bildirilir.