...

Regionlarda süni tənəffüs aparatı ilə təchiz edilmiş reanimasiya olan xəstəxanalarda beyin ölümü diaqnostikası təlimləri keçiriləcək

Cəmiyyət Materials 24 Fevral 2025 16:13 (UTC +04:00)
Regionlarda süni tənəffüs aparatı ilə təchiz edilmiş reanimasiya olan xəstəxanalarda beyin ölümü diaqnostikası təlimləri keçiriləcək
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə hədəfimiz regionlarda süni tənəffüs aparatı ilə təchiz edilmiş reanimasiya olan xəstəxanalarda beyin ölümü diaqnostikasının təlimlərinin keçirilməsidir.

Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Səhiyyə Nazirliyində keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, eyni zamanda, tibbi tədris müəssisələrində də bu kimi təlimlərin aparılması hədəflərimizdəndir.

"İndiyə kimi Azərbaycanda minlərlə transplantasiya əməliyyatları icra edilib. Bu əməliyatlara böyrək, qaraciyər, buynuz qişası əməliyyatları aiddir", - deyə o əlavə edib.

Y.Abbasova qeyd edib ki, say etibarı ilə təxminən 1 000-dən çox böyrək, 500-dən çox qaraciyər, 300-dən çox gözün buynuz qişası transplantasiyası həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti