...

Bakıda əməliyyat - 20 kq narkotik dövriyyədən çıxarıldı (VİDEO)

Hadisə Materials 24 Fevral 2025 16:51 (UTC +04:00)
Bakıda əməliyyat - 20 kq narkotik dövriyyədən çıxarıldı (VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə davam etdirilir. Son əməliyyatla əvvəllər məhkum olunmuş 32 yaşlı Ərşad Nağıyev saxlanılıb. Onun üzərindən 2 kiloqramdan artıq tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və həşiş aşkar edilərək götürülüb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, saxlanılan şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanış olduğu İran vətəndaşı vasitəsilə əldə etdiyini və satışını həyata keçirmək niyyətində olduğunu bildirib.

İdarə əməkdaşları tərəfindən cari ilin əvvəlindən narkotik vasitələrin dövriyyəsi və satışı ilə əlaqədar ümumilikdə 61 fakt aşkarlanıb. Dövriyyədən 20 kiloqram narkotik vasitə və psixotrop maddə götürülüb.

Saxlanılanlardan 15-nin rayon ərazisindəki ayrı-ayrı yerlərdə narkotiklərin satışını təşkil etdikləri də müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

Qeyd edilib ki, polis əməkdaşları tərəfindən narkotiklərə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti