Bakı. Trend:
Son 20 il ərzində Azərbaycanda təbiət hadisələri Azərbaycanda 3 dəfədən çox artıb.
Trend xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun beynəlxalq əməkdaşlıq və tədqiqatlar şöbəsinin müdiri Azər Məmmədov bu gün "Azərbaycanda aqrar sığorta: İnkişaf və perspektivlər" mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib, qeyd olunan dövr ərzində dolu hadisələri 3 dəfə, daşqın hadisələri 12 dəfə və şiddətli küləkli günlər, qasırğalar üzrə 18 dəfə artım müşahidə olunub: "Bu da aqrar sığorta mexanizminin vacibliyini bir daha təsdiqləyib. Ümumiyyətlə, xatırladım ki, Aqrar Sığorta Fondu heyvandarlıq, bitkiçilik və aqrokultura üzrə məhsulları sığortalayır.
2020-ci ildən - yəni Aqrar Sığorta Fondu fəaliyyətə başladıqdan sonra toplanmış sığorta haqlarında kəskin artım müşahidə olunub. Belə ki, 2024-cü ilədək aqrar sığorta mexanizmi çərçivəsində 14.2 milyon manat sığorta haqqı toplanıb".