...

Ötən gün kanalizasiya quyusuna düşən qızın səhhəti açıqlandı

Cəmiyyət Materials 25 Fevral 2025 13:31 (UTC +04:00)
Ötən gün kanalizasiya quyusuna düşən qızın səhhəti açıqlandı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gün Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində kanalizasiya quyusuna düşən gənc qızın səhhəti açıqlandı.

Trend xəbər verir ki, Bakı Sağlamlıq Mərkəzinin Travmatologiya və ortopediya şöbəsinin müdiri, həkim travmatoloq-ortoped Sənan Aşirov bildirib ki, Zeynalova Zəhraxanım Bakı Sağlamlıq Mərkəzinə bel və çanaq nahiyyələrində ciddi ağrılarla müraciət edib.

"Aparılan ilkin müayinələr nəticəsində xəstənin bud çanaq və bel nahiyyəsinə MRT (Maqnit Rezonans Tomoqrafiya) tətbiq olunduqdan sonra çanaq sümüklərinin və oma sümüyünün zədələnməsi, əzilməsi və sınması müəyyən edilib. Hazırda pasiyentin vəziyyəti stabildir, konservativ müalicəsi davam etdirilir", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti