...

Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının sürətləndirilməsi bütün regionun xeyrinədir – İranın vitse-prezidenti

Siyasət Materials 24 Fevral 2025 17:05 (UTC +04:00)
Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının sürətləndirilməsi bütün regionun xeyrinədir – İranın vitse-prezidenti
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının əldə olunması prosesinin sürətləndirilməsi bütün region ölkələrinin mənafeyi istiqamətindədir.

Trend-in məlumatına görə, bunu İranın vitse-prezidenti Məhəmməd Cavad Zərif bu gün (24 fevral) Tehranda Ermənistanın İrandakı səfiri Qriqor Hakupyanla görüşdə deyib.

Onun sözlərinə görə, regional məsələlərin həlli üçün regional potensialdan faydalanmaq mümkündür.

Zərif qeyd edib ki, eləcə də regional əməkdaşlığın inkişaf etdirilməsi və qanun-qaydalar çərçivəsində kommunikasiya xətlərinin istifadəyə verilməsi diqqət mərkəzində saxlanıla bilər.

Görüşdə iki tərəf üçün maraq doğuran məsələlər diqqət mərkəzində saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti