...

Əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətlərinin növləri 5 dəfədən çox artırılıb

Cəmiyyət Materials 25 Fevral 2025 11:37 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müəssisələrində əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətlərinin növləri 2018-ci ildən indiyədək 5 dəfədən çox artırılaraq 70-ə çatdırılıb.

Trend xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son illər aparılan sosial islahatların bir istiqaməti olaraq ölkədə müasir reabilitasiya sistemi qurulmaqla bərabər, reabilitasiya sahəsində qabaqcıl dünya təcrübəsinə və biopsixososial modelə əsaslanan yeni xidmətlərin tətbiqi də təmin edilib.

Bu xidmətlərin sırası robotik reabilitasiya, alternativ reabilitasiya, ippoterapiya, yoqa, dance ability, səyyar, icma əsaslı, telereabilitasiya, onkoloji xəstələr üçün sosial-psixoloji dəstək, rehabus layihəsi və s. ilə xeyli genişləndirilib.

Xatırladaq ki, aparılan islahatlar nəticəsində reabilitasiya xidməti göstərilən əlilliyi olan şəxslərin illik sayı 2018-ci ilə nisbətən 10 dəfə artıb. Agentlik tərəfindən təkcə 2024-cü ildə 123 min nəfərdən çox əlilliyi olan şəxs 1 milyona yaxın reabilitasiya xidməti ilə təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti