...

Ailədaxili münasibətlərin nizamsızlığı uşaqların taleyində neqativ izlər buraxır - SN

Cəmiyyət Materials 25 Fevral 2025 11:24 (UTC +04:00)
Ailədaxili münasibətlərin nizamsızlığı uşaqların taleyində neqativ izlər buraxır - SN
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Təəssüflə qeyd etmək lazımdır ki, bəzi vaxtlarda ailədaxili münasibətlərin (ər-arvad) nizamsızlığı uşaqların taleyində neqativ izlər buraxır.

Trend xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da psixoloq İlahə Dadaşova açıqlayıb.

Onun sözlərinə görə, uşaqlarla rəftar və davranış zamanı valideynlər bəzi vaxtlarda birtərəfli iştirak edirlər:

“Valideynlərdən birinin uşağı çox əzizləməsi, yaxud tez-tez onun üçün “havadarlıq” etməsi, “hələ uşaqdır, düzələr” və s. bu kimi mühafizəkar mövqeləri uşaqların tərbiyəsində birtərəfli ölçülərə gətirib çıxarır. Çünki ailənin tərbiyə imkanları valideynlərin və uşaqların qarşılıqlı əlaqəsi ilə müəyyən olunur. Digər tərəfdən natamam ailələr neqativ meyarlardan biridir. Azərbaycanda bir çox ailələr boşanarkən, təəssüf ki, ər arvaddan yox, eyni zamanda uşaqdan da “boşanır”. Valideynlərdən birinin olmaması uşaqda valideyn modelini pozduğu üçün davranış pozuntusu özünü büruzə verir. Övladların yanında yaşanan mübahisələr onlarda psixoloji problemlər yaradır və sonda sevgisiz valideynlər uşaqlarda psixoloji travmaların əsasını qoyur”.

Psixoloq bildirib ki, mənfi emosional halların tez-tez yaşanması uşaqlıqla baş verən bir hadisə ilə bağlı ola bilər:

“Ailə konfliktləri, sevgi çatışmamazlığı, valideynlərdən birinin vəfatı və s. kimi faktorlar güclü psixotravmatik təsirlər yarada bilər. Tibb işçilərinin dediklərinə görə, nevroz xəstəliyinə tutulan əksər uşaqlar, uşaqlıqda valideynlərdən birini itirməsi ilə rastlaşıb. Boşanmaların nəticəsi natamam ailələrin sayının artması və tənha insanların yaranmasına gətirib çıxarır. Boşanmaların əsasında natamam ailələrin sayı artır və bu da ailədə uşağın bir valideyn ilə böyüməsinə səbəb olur. Nəticədə yeniyetməlik dövrünə qədəm qoyan natamam ailələrdə böyümüş uşaqların davranışlarındakı qüsurları aradan qaldırmaq çətin olur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti