Bakı. Trend:
2025-ci ilin yanvar ayında ailə başçısını itirməyə görə 194 355 nəfər şəxsə pensiya və müavinət ödənilib.
Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, onlardan 137 625 nəfəri pensiya, 56 730 nəfəri isə müavinət alıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar ayında ailə başçısını itirməyə görə 192 mindən çox şəxsə pensiya və müavinət ödənilib. Onlardan 134 mindən çoxu pensiya, 57 mindən çoxu isə müavinət alıb.