...

Çin mərkəzi bankı kredit faizləri ilə bağlı qərarını açıqlayıb

Dünya xəbərləri Materials 25 Fevral 2025 13:50 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çin Mərkəzi Bankı (ölkənin mərkəzi bankı –red) orta-təcili kreditləşmə proqramı (MLF) çərçivəsində verilən bir illlik kreditlər (LPR) üzrə faiz dərəcəsini dəyişilməz olaraq – illik 2 faiz civarında saxlayıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bank eynilə beş il müddətinə verilən LPR kreditləri üzrə faiz dərəcəsini əvvəlki kimi 3.6 faiz civarında saxlayıb.

Məlumata görə, MLF çərçivəsində maliyyə sisteminə 300 milyard yuan (41,3 milyard dollar) həcmində vəsait daxil edilib. Bu vəsaitlər bank sistemində likvidliyi lazımı səviyyədə qoruyub-saxlamağa yönləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti