...

DYP avtobusların arxa hissəsindən tutaraq sürüşən gənclərə xəbərdarlıq edib

Cəmiyyət Materials 25 Fevral 2025 01:40 (UTC +04:00)
DYP avtobusların arxa hissəsindən tutaraq sürüşən gənclərə xəbərdarlıq edib

Bakı. Trend:

Son zamanlar bəzi gənclərin ictimai nəqliyyat vasitələrinin, xüsusilə avtobusların arxa hissəsindən tutaraq sürüşməsi halları müşahidə olunur. Bildiririk ki, bu cür hərəkətlər insan həyatına ciddi təhlükə yaradır və qəza halları ilə nəticələnə bilər.

Trend xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir.

Qeyd olunub ki, hər bir yol hərəkəti iştirakçısı bilməlidir ki, bu cür davranışlar həm həmin şəxsin, həm də digər hərəkət iştirakçılarının həyatına təhlükə yaratmaqla yanaşı, sürücünün diqqətini yayındıraraq qəzaların baş verməsinə səbəb ola bilər:

“Eyni zmanada bu, yol hərəkəti qaydalarının pozulmasıdır. Baş DYP İdarəsi yol hərəkəti iştirakçılarından, xüsusilə valideynlərdən xahiş edir ki, övladlarını belə təhlükəli hərəkətlərdən çəkindirsinlər. Hər kəsin təhlükəsizliyi üçün yol hərəkəti qaydalarına riayət etmək mütləqdir!”.

Xəbər lenti

Xəbər lenti