Bakı. Trend:
Ötən ay Azərbaycanda sığorta şirkətlərinin xətti ilə 163.7 milyon manat sığorta haqqı yığılıb ki, bu da, illik müqayisədə 17,6% artım deməkdir.
Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, yığımlarını ən çox artıran şirkət “Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti olub. Şirkət ötən ay 3,7 milyon manat sığorta haqqı toplayıb ki, bu da, illik müqayisədə 3,3 dəfə və ya 226,5% çoxdur.
Sığorta yığımları ən çox azalan şirkət isə “Meqa Sığorta” ASC olub. Belə ki, şirkət yanvar ayında 2,9 milyon manat sığorta haqqı toplayıb ki, bu da, illik müqayisədə 28,5% azdır.
Ötən ay üzrə sığorta yığımlarının dinamikasına görə, şirkətlərin renkinqi ilə aşağıdan tanış ola bilərsiniz:
Şirkətlər | 2025-yanvar | 2024-yanvar | İllik dinamika, % |
“A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti | 2 072 | 1,046 | 98,1 |
“AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti | 977 | 1,012 | -3,5 |
“Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 7 965 | 5,004 | 59,2 |
“Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 4 919 | 4,187 | 17,5 |
“Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 3 701 | 3,481 | 6,3 |
“AzSığorta” Açıq Səhmdar Cəmiyyəti | 743 | 682 | 9 |
“İpək Yolu Sığorta” ASC | 424 | 330 | 28,5 |
“Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 2 913 | 4,072 | -28,5 |
“Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 50 319 | 37,811 | 33,1 |
“Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 69 050 | 68,701 | 0,5 |
“Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 1 396 | 972 | 43,6 |
“Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 5 602 | 2,283 | 145,4 |
"Xalq Həyat" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 844 | 623 | 35,5 |
“Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 3 755 | 1,15 | 226,5 |
"Aqrar Sığorta" Açıq Səhmdar Cəmiyyəti | 7 613 | 6,899 | 10,3 |
Meqa Həyat Sığorta Açıq Səhmdar Cəmiyyəti | 1 366 | 601 | 127,3 |