...

Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin tərkibi təsdiq edilib (FOTO)

İqtisadiyyat Materials 25 Fevral 2025 11:45 (UTC +04:00)
Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin tərkibi təsdiq edilib (FOTO)
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:
21 fevral 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağı keçirilib. Yığıncağı giriş sözü ilə açan ABA-nın prezidenti Zakir Nuriyev iclasın gündəliyində olan məsələlər barədə məlumat verib.

Trend-ə bu barədə ABA-dan məlumat verilib.

Məlumata görə, iclasın gündəliyinə ABA-nın və onun törəmə qurumlarının 2024-cü il üzrə fəaliyyətinə dair ümumi və maliyyə hesabatının, 2025-ci il üzrə iş planının, cari ildə ABA-nın yaranmasının 35 illik və Azərbaycan Bank-Maliyyə Tədris Mərkəzinin 25 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planının, eləcə də ABA-nın Rəyasət Heyətinin və Audit Komitəsinin tərkibinin və rəhbər heyətinin təsdiqi daxil edilmişdi.

İclasda yuxarıda qeyd edilən məsələlər ətrafında müzakirələr aparılmış və müvafiq qərarlar alınmışdır.

Eyni zamanda, ABA-nın Rəyasət Heyəti aşağıdakı tərkibdə təsdiq edilmişdir:

“Rabitəbank” ASC-nin müşahidə Şurasının sədri Zakir Nuriyev - ABA-nın prezidenti;

“ABB” ASC-nin İdarə Heyəti sədri Abbas İbrahimov - ABA-nın vitse-prezidenti;

“Paşa Bank” ASC-nin İdarə Heyəti sədri Cavid Quliyev;

“Kapital Bank” ASC-nin İdarə Heyəti sədri Fərid Hüseynov;

“XalqBank” ASC-nin İdarə Heyətinin sədri Kamran Məcidov;

“Bank Respublika” ASC-nin Müşahidə Şurasının sədri Şakir Rəhimov;

“Bank of Baku” ASC-nin Müşahidə Şurasının sədri Elçin İsayev;

“UniBank” ASC-nin Müşahidə Şurasının sədri Eldar Qəribov;

“YapıKrediBank Azərbaycan” ASC-nin İdarə Heyəti sədri Cenk Yüksel;

“Ziraatbank” ASC-nin İdarə Heyətinin sədri Dr. Səlcuq Dəmir;

“AqrarKredit” BOKT-un İdarə Heyəti sədri Məmməd Musayev;

Qeyd edək ki, ABA 1990-cı ildə təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 28 təşkilat ABA-nın üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti