...

Güclü qar Batumi aeroportunun damını uçurub

Dünya xəbərləri Materials 25 Fevral 2025 12:55 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanın qərb bölgəsinə yağan güclü qar Batumi hava limanının mərkəzi girişinin dam örtüyünün bir hissəsini uçurub.

Trend bu barədə Gürcüstan KİV-ə istinadən xəbər verir.

Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Hal-hazırda mütəxəsisslər damın zədələnən hissələrini bərpa etməyə çalışırlar.

Bundan əvvəl Gürcüstanın hava limanları ittifaqı Batumiyə eniş etməli olan bütün təyyarələrin əlverişsiz qarlı hava şəraiti ilə əlaəqdar Kutaisi beynəlxalq aeroportuna yönləndirildiyini bəyan etmişdi. Qeyd olunan hava limanının adi rejimdə işlədiyi bildirilir.

Qeyd edək ki, fevralın 22-də Gürcüstanın qərb bölgəsində güclü qar çovğunu müşahidə olunub. Batumidə qarın qalınlığı 50sm-i ötüb, Acarıstanın bəzi dağlıq ərazilərində isə qar təbəqəsi bir metri üstələyib. Əlverişsiz hava şəraiti ilə əlaqədar regionda ictimai nəqliyyat iflic olub, məktəblər və bağçalar bağlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti