...

Standartlaşdırma üzrə normativ sənədlərin yoxlanılmasının müddəti uzadılır

İqtisadiyyat Materials 3 Mart 2025 11:00 (UTC +04:00)
Standartlaşdırma üzrə normativ sənədlərin yoxlanılmasının müddəti uzadılır
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Milli standartlaşdırma qurumu, səlahiyyətinə standartlaşdırma obyektləri daxil olan dövlət orqanları (qurumları) və standartlaşdırma üzrə texniki komitələr 5 ildən gec olmayaraq standartlaşdırma üzrə normativ sənədlərin yoxlanılmasını həyata keçirməlidirlər.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, sözügedən yoxlamalar hər il keçirilir.

Bundan əlavə, qanuna əsasən, texniki şərtlər müvafiq sahədə dövlət standartı və ya Azərbaycanda birbaşa tətbiq olunan beynəlxalq, regional, dövlətlərarası və xarici dövlət standartları olmadığı təqdirdə və ya təsərrüfat subyekti tərəfindən müəyyən edilmiş yeni texniki həllərin istifadəsini təmin etmək məqsədilə təsərrüfat subyektləri tərəfindən işlənib hazırlanır. Texniki şərtlər qəbul edildiyi tarixdən 1 (bir) ay müddətində milli standartlaşdırma qurumuna göndərilir.

Təklif edilən dəyişikliyə əsasən, milli standartlaşdırma qurumu texniki şərt daxil olduğu gündən 15 iş günü müddətində onun bu qanunun və müvafiq sahədə mövcud olan texniki reqlamentlərin tələblərinə uyğun olmaması barədə rəyi təsərrüfat subyektinə təqdim etmədikdə həmin texniki şərt təsərrüfat subyekti tərəfindən istifadə edilə biləcək.

Mövcud qanunvericiliyə əsasən, sözügedən müddət 15 gündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti