...

Büdcə Məlumat İdarəetmə Sisteminə qoşulan dövlət qurumlarının sayı açıqlanıb

İqtisadiyyat Materials 18 Mart 2025 22:03 (UTC +04:00)
Büdcə Məlumat İdarəetmə Sisteminə qoşulan dövlət qurumlarının sayı açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Maliyyə Nazirliyində sənəd menecmentinin rəqəmsallaşdırılması çərçivəsində Büdcə Məlumat İdarəetmə Sistemi (BMİS) və digər elektron platformalar vasitəsilə dövlət qurumları arasında informasiya mübadiləsi və sənəd dövriyyəsi avtomatlaşdırılıb.

Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, 2024-cü ildə BMİS vasitəsilə 10125 sənəd dövriyyəsi aparılıb, sistemə 286 dövlət qurumu qoşulub və 874 aktiv istifadəçi qeydiyyata alınıb.

Bildirilib ki, sistemin inteqrasiyası nəticəsində büdcə göstəriciləri və əlavələri elektron qaydada təqdim edilərək, dövlət və icmal büdcəsinin tərtibi prosesi sürətləndirilib.

Qeyd olunub ki, bundan başqa, Nazirlik tərəfindən “e-mühasibat”, “e-azadolma” və “QHT-hesabat” sistemləri tətbiq edilməklə maliyyə və mühasibatlıq sahəsində elektron xidmətlərin dairəsi genişləndirilib.

Xəbər lenti

Xəbər lenti