...

Birinci rübdə AÇG-dən hasil edilən təbii qazın həcmi məlum olub

İqtisadiyyat Materials 14 Aprel 2025 13:02 (UTC +04:00)
Birinci rübdə AÇG-dən hasil edilən təbii qazın həcmi məlum olub
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-mart aylarında Azəri-Çıraq-Günəşli yatağından 3,4 milyard kubmetr təbii qaz hasil edilib.

Trend bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin yanvar-mart ayları ilə müqayisədə 100 milyon kubmetr və ya 3% çoxdur.

Belə ki, ötən ilin eyni dövründə Azəri-Çıraq-Günəşli yatağından 3,3 milyard kubmetr təbii qaz hasil edilib.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında ölkədə 12,6 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 3,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 6,8 milyard kubmetri “Şahdəniz”in, 0,4 milyard kubmetri “Abşeron” yatağının, 2 milyard kubmetri isə SOCAR-ın payına düşüb.

Hesabat dövründə xaricə qaz satışı 6 milyard kubmetr təşkil edib. Bundan 3 milyard kubmetr Avropaya, 2,3 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 1,4 milyard kubmetr), 0,7 milyard kubmetr isə Gürcüstana satılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti