...

“Şahdəniz”dən hasil edilən təbii qazın həcmi cüzi azalıb

İqtisadiyyat Materials 14 Aprel 2025 13:12 (UTC +04:00)
“Şahdəniz”dən hasil edilən təbii qazın həcmi cüzi azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-mart aylarında “Şahdəniz” yatağından 6,8 milyard kubmetr təbii qaz hasil edilib.

Trend bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin yanvar-mart ayları ilə müqayisədə 100 milyon kubmetr və ya 1,5% azdır.

Belə ki, ötən ilin eyni dövründə “Şahdəniz” yatağından 6,9 milyard kubmetr təbii qaz hasil edilib.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında ölkədə 12,6 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 3,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 6,8 milyard kubmetri “Şahdəniz”in, 0,4 milyard kubmetri “Abşeron” yatağının, 2 milyard kubmetri isə SOCAR-ın payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti