...

2024-cü ildə Qazaxıstanın korporativ istiqrazlarının ticarət həcmi iki dəfə artıb

İqtisadiyyat Materials 22 May 2025 11:44 (UTC +04:00)
2024-cü ildə Qazaxıstanın korporativ istiqrazlarının ticarət həcmi iki dəfə artıb
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Bakı.Trend:

Qazaxıstanın korporativ istiqrazlarının ticarət həcmi 2024-cü ildə iki dəfə artıb.

Trend xəbər verir ki, bunu “Jusan İnvest” SC-nin idarə heyətinin sədri Timur Səlimov Bakıda keçirilən “KASE Day” adlı tədbirdə çıxışı zamanı deyib

O qeyd edib ki, Qazaxıstanın korporativ istiqraz bazarı 2024-cü ildə əhəmiyyətli artım nümayiş etdirib. Qazaxıstan Fond Birjasında (KASE) ticarət həcmi iki dəfə artaraq təxminən 8 milyard ABŞ dollarına çatıb.

"Biz görürük ki, korporativ istiqrazlar investorlar üçün getdikcə cəlbedici olur. Bunu ticarət həcminin artması da təsdiqləyir ki, bu da öz növbəsində bazarın likvidliyinin artmasına kömək edir", - Səlimov vurğulayıb.

Onun sözlərinə görə, 2024-cü ilin sonunda 511 emitentin istiqrazı KASE-nin rəsmi siyahısında olub və 130-a yaxın emitent ilkin yerləşdirilməyə hazırlaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti