...

Ötən il azad olunmuş ərazilərin yenidən qurulması üçün ayrılmış vəsait açıqlanıb

İqtisadiyyat Materials 27 May 2025 10:00 (UTC +04:00)
Ötən il azad olunmuş ərazilərin yenidən qurulması üçün ayrılmış vəsait açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2024-cü ilin dövlət büdcəsindən cəm olaraq 5,346 milyard manat vəsait ayrılıb.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb.

Məlumata görə, həmin vəsaitin 4,824 milyard manatı və ya 90,2 faizi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədli vəsaitin, 230,0 milyon manatı və ya 4,3 faizi “Avtomobil yolları” məqsədli büdcə fondunun vəsaitinin, 100,0 milyon manatı və ya 1,9 faizi xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə vəsaitin, 191,7 milyon manatı və ya 3,6 faizi dövlət büdcəsinin digər ehtiyatlarından ayrılmış vəsaitin payına düşür.

Həmin vəsaitin 4,866 milyard manatı infrastruktur təyinatlı layihələrinin tikintisinə, yenidən qurulmasına (yol infrastrukturlarının layihələndirilməsinə, tikintisinə, yenidən qurulmasına 3,967 milyard manat (avtomobil yollarına 3,734 milyard manat, dəmir yollarına 233,3 milyon manat), yeni yaşayış komplekslərinin tikintisi, təmiri, bərpası və ərazidə abadlıq və quruculuq işlərinin həyata keçirilməsinə 497,6 milyon manat, yeni su elektrik stansiyalarının və enerji qovşaqlarının tikintisinə 299,3 milyon manat, kadastr xidmətlərinin həyata keçirilməsinə 18,3 milyon manat, sənaye parklarının fəaliyyətinin təşkili və onların ərazisində infrastrukturun yaradılmasına 50,0 milyon manat, turizm infrastrukturunun qurulmasına 2,2 milyon manat, bərk məişət tullantıları infrastrukturunun yaradılmasına 7,2 milyon manat, Radio-Televiziya Yayım Stansiyasının tikintisinə 22,0 milyon manat və digər infrastruktur layihələrinə 1,8 milyon manat), 109,2 milyon manatı ərazilərin minalardan təmizlənməsinə, 16,8 milyon manatı müdafiə və hüquq mühafizə təyinatlı obyektlərinin tikintisinə və təmirinə, 354,1 milyon manatı sosial təyinatlı layihələr (təhsil, səhiyyə, mədəniyyət, idman və bu kimi digər sosial tədbirlərə) üzrə xərclərə yönəldilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti