...

Asiya İnkişaf Bankının dəstəyi ilə Sumqayıt–Yalama dəmir yolu xətti üçün elektrikləşdirmə və siqnalizasiya sistemi hazırlanır

İqtisadiyyat Materials 5 Dekabr 2025 11:05 (UTC +04:00)
Asiya İnkişaf Bankının dəstəyi ilə Sumqayıt–Yalama dəmir yolu xətti üçün elektrikləşdirmə və siqnalizasiya sistemi hazırlanır
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankının dəstəyi ilə hazırda Sumqayıt–Yalama dəmir yolu xətti üçün elektrikləşdirmə və siqnalizasiya sistemi hazırlanır.

Trend xəbər verir ki, bunu bu gün AİB-in Azərbaycandakı direktoru Sunniya-Durrani-Camal “ Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin AİB-lə əməkdaşlığı çərçivəsində karbonsuzlaşdırma ilə bağlı layihənin Bakıda keçirilən təqdimatında bildirib.

Onun sözlərinə görə, dəmir yolu nəqliyyatı ən enerji-səmərəli və aşağı karbon emissiyalı nəqliyyat növlərindən sayılır.

“Dəmir yolları transformativ rol oynayır, belə ki, Azərbaycan regional və qlobal logistika hesabına, eləcə də Orta Dəhliz və Avrasiya marşrutları üzrə yükdaşımalar sayəsində ixracın şaxələndirilməsində öz mövqeyini möhkəmləndirməkdədir”, - deyə o bildirib.

Durrani-Camal qeyd edib ki, Azərbaycan inkişafının həlledici onilliyinə qədəm qoyur və bu dövrdə “yaşıl” artım, enerji keçidi və iqlim dayanıqlığı ölkənin milli strateji prioritetlərinə çevrilib.

“Və əlbəttə, xüsusən də COP29-un keçirilməsindən sonra yenilənmiş iqlim öhdəlikləri, emissiyaların azaldılması hədəfi və ölkənin yaşıl mobillik sahəsində regional liderə çevrilmək istəyi regionun digər ölkələrinə aydın və güclü bir siqnal göndərir”, – deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti