...

Bakıda yeni avtomobil körpüsü və piyada keçidinin istismara verilməsinə hazırlaşırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Sentyabr 2007 14:35 (UTC +04:00)
Bakıda yeni avtomobil körpüsü və piyada keçidinin istismara verilməsinə hazırlaşırlar

Azərbaycan, Bakı / " TendCapital ", müxbir S.Aliyev/ Sentyabrın sonuna qədər Azərbaycan Nəqliyyat Nazirliyi Azadlıq və Ziya Bunyadov (keçmiş Karl Mars prospekti) prospektlərinin kəsişməsində yeni nəqliyyat asması, Bülbül prospekti və Nizami küçəsinni kəsişməsində isə piyada keçidi istismara vermək niyyətindədir. Bu barədə bazar ertəsi Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bu, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi proqramı çərçivəsində Bakıda istismara veriləcək sayca 5-ci körpü olacaq. Bakıda ümumilikdə 9 nəqliyyat asması tikiləcək. Hazırda daha 4 körpünün tikintisi aparılır. Bunlar "Məşədi Əzizbəyov", "Xalqlar dostluğu" metro stansiyaları, "Ekselsior" oteli yaxınlığında və Bakının 3-cü mirkorayon ərazisində tikiləcək.

Nazirlikdən bildiriblər ki, birinci iki asmanın tikintisi əlavə infrastrukturun yaradılmasına ehtiyac səbəbindən gələn ilin əvvəlində başa çatdırıla bilər.

Bütün işlər paytaxtda nəqliyyat infrastrukturunun işinin yaxşılaşdırılması layihəsi çərçivəsində "2006-2007-ci illərdə Bakıda nəqliyat sisteminin təkmilləşdirilməsi" barədə prezident sərəncamı əsasında həyata keçirilir. Tikintinin ümumi həcmi 300 mln. manat təşkil edir.

Hazırda nəqliyyat asmalarının və əlavə 16-17 yeni körpünün tikintisi ilə bağlı proqramın genişləndirilməsi nəzərdən keçirilir. Əgər proqram təsdiq olunarsa, artıq 2008-ci ildə onun reallaşdırılmasına başlanılacaq.

Xəbər lenti

Xəbər lenti