Azərbaycan, Bakı/ Trend / Bakıda səfərdə olan Dünya Bankının İcraçı Direktoru Mişel Mordasini Milli Bankda olub.
Milli Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyevlə görüş zamanı bir sıra məsələlər müzakirə olunub. Görüşdə Dünya Bankı ilə Azərbaycan arasındakı uzunmüddətli əməkdaşlığın perspektivləri, Azərbaycan Respublikasına müxtəlif sahələr üzrə ayrılan kreditlərin cari vəziyyəti, həmçinin, son iqtisadi proseslər və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılmışdır.