...

Maliyyə nazirinin müavini: "Nazirlər Kabineti yekdilliklə Azərbaycanın 2008-ci il büdcəsini qəbul edib"

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2007 20:21 (UTC +04:00)
Maliyyə nazirinin müavini:   "Nazirlər Kabineti yekdilliklə Azərbaycanın 2008-ci il büdcəsini qəbul edib"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova / Azərbaycanın maliyyə nazirinin müavini Azər Bayramovun verdiyi məlumata görə, çərşənbə axşamı Azərbaycanın 2008-ci il üçün dövlət büdcəsi layihəsinin dövlət başçsı tərəfindən nəzərdən keçirilməsi məqsədilə, Prezidet Apparatına ötürülməsi tövsiyə olunub.

Bu gün ölkənin Nazirlər Kabinetində baş nazir Artur Rəsizadənin sədrliyi ilə 2008-ci ilin büdcə proqnozlarının müzakirəsi keçirilib.

"Dövlət büdcəsinin proqnozları hökumətin bütün üzvləri tərəfindən yekdilliklə və heç bir dəyişiklik olunmadan qəbul olunub və sənəd nəzərdən keçirilməsi məqsədilə, dövlət başçısına göndərilib" - deyə Bayramov bildirib.

Dövlət büdcəsinin gəlirləri 7,382 mlrd. manat həcmində planlaşdırılır, 2007-ci illə müqayisədə, artım 27,9% təşkil edir. Gəlir hissəsinin strukturunda daxilolmaların böyük hissəsi Vergilər Nazirliyinin payına düşür və 5 mlrd. manat həcmində nəzərdə tululub. Artımın böyük hissəsi, yəni 42,8%-nin qeyri-neft sektorunun xətti ilə daxil olacağı nəzərdə tululub, nefi sektorundan daxil olan gəlirlərin isə, təxminən 17% artacağı planlaşdırılır.

Dövlət Gömrük Komitəsinin xətti ilə gömrük rüsumlarının və vergilərin yığımı ilə bağlı proqnozların 42,9% artaraq 1,1 mlrd. manat təşkil edəcəyi planlaşdırılır.

Dövlət büdcəsinin xərcləri 8 mlrd. manat həcmində planlaşdırılır. Büdcə kəsiri, büdcənin 2007-ci ildə yerinə yetirilməsindən qalan vəsaitlərin hesabına ödənilməsi də nəzərə alınmaqla, pronqnozlaşdırılıb.

Dövlət büdcəsinin dəqiqləşdirilmiş proqnozlarına əsasən, büdcənin gəlirləri 5,771 mlrd. manat, xərclər 6, 315 mlrd. manat həcmində proqnozlaşdırılıb. Sərbəst büdcənin gəlirlərinin 7,531 mlrd. manat, xərclərinin isə, 7,976 mlrd. manat olması gözlənilir.

Xəbər lenti

Xəbər lenti