...

Bakı Banklararası Valyuta Birjası ticarət sessiyalarının sentyabrın 26-na olan nəticələrini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2007 19:33 (UTC +04:00)

Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, 26 sentyabr tarixdə USD/AZN orta ölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8511 AZN təşkil edib.

BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi hər ABŞ dollarına görə 0,8515 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həsmi 468 240 AZN olub. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən 0,0004 bənd qalxıb və 0,8511 AZN təşkil edib.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 136 224 AZN təşkil edib. Gündüz sessiyasının nəticələrinə görə, manatın orta məzənnəsi dollara nisbətən 0,8511 manat olub.

Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, "Birja Elektron Sistemində Ticarət"in ümumi həcmi USD/AZN aləti üzrə $ 710 000 ABŞ dolları və ya 604 464 AZN təşkil edib. Orta hesabla, hər sövdələşmənin payına 236 667 ABŞ dolları düşüb.

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən əqdlər bağlanılmayıb. AVRO və Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən, 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,58%, ABŞ dolları üzrə isə illik 15,64% təşkil edib.

Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti