Azərbaycan, Bakı / Trend , müxbir U.İsmayılova/ "Azərbaycanın heç bir tikinti şirkəti Əmək Müfəttişliyinin yoxlamalarından kənarda qalmayacaq" - deyə şənbə günü Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) yanında Əmək Müfəttişliyinin rəhbəri Nəbi Şükürlü xəbərdarlıq edib.
"Yoxlamalar müvəqqəti xarakter daşımır. Reydlər tikinti şirkətləri işçiləri üçün şərtlərin tələb olunan səviyyəsinə nail olunana qədər aparılacaq" - deyə Şükürlü bildirib.
ƏƏSMN-nin məlumatına görə, Azərbaycanda 900-ə yaxın tikinti şirkəti fəaliyyət göstərir.
Şükürlünün sözlərinə görə, Əmək Müfəttişliyi yoxlamaları tikinti şirkətlərində işçilərin fərdi müdafiə vasitələrinin mövcudluğu, həmçinin, əmək müqavilələrinin imzalanması üzrə aparır. Əmək Müfəttişliyi ümumilikdə Firma Kapitol, NES MMC, Star MMC və Yuksel Insaat şirkətlərinin 6 tikinti işini dayandırıb.
Bakıda 300-ə yaxın yeni bina inşa olunur.