...

"Qafqaz Media"ictimai birliyi Ramazan bayramı münasibətilə kimsəsiz uşaqlar üçün xeyriyyəçilik aksiyası keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2007 15:52 (UTC +04:00)
"Qafqaz Media"ictimai birliyi Ramazan bayramı münasibətilə kimsəsiz uşaqlar üçün xeyriyyəçilik aksiyası keçirib

Azərbaycan, Bakı, / Trend / "Qafqaz media" ictimai birliyi Ramazan bayramı münasibətilə cümə günü kimsəsiz uşaqlar üçün xeyriyyəçilik aksiyası keçirib. Tədbirə Bakı şəhərinin 1№-li uşaq evindən və əqli cəhətdən qüsurlu uşaqlar üçün Xüsusi İnternat Məktəbdən 50-ə yaxın uşaq qatılıb. Uşaqlar üçün xeyriyyə məqsədilə nahar verilib, konsert proqramı təşkil olunub, uşaqlara hədiyyələr təqdim olunub.

Azərbaycan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi aksiyanın təşkil olunmasına köməklik göstərib.

Xeyriyyəçilik aksiyasına ABŞ, Qazaxıstan, Moldova, Ukrayna və digər ölkələrin səfirliklərindən nümayəndələr də dəvət olunub.

QHT bu kimi tədbirləri hər il keçirir.

Xəbər lenti

Xəbər lenti