...

Ekspert: Yanvar-sentyabrda Azərbaycanda inflyasiyanın səviyyəsi təqribən 20 faiz təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2007 14:07 (UTC +04:00)
Ekspert: Yanvar-sentyabrda Azərbaycanda inflyasiyanın səviyyəsi təqribən  20 faiz təşkil edib

Azərbaycan, Bakı / Trend , müxbir U.İsmaylova/ Yanvar-sentyabr ərzində Azərbaycanda inflyasiyanın səviyyəsi 19,88 faiz təşkil edib. Bu barədə çərşənbə günü mətbuat konfransında İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu məlumat verib.

Onun sözlərinə görə, hesabat dövründə Bakıda inflyasiyanın səviyyyəsi 20,53 faiz, ölkənin regionlarında isə 19,05 faiz təşkil edib. Hesabat dövründə inflyasiyanın ən yüksək səviyyəsi xidmətlərdə müşahidə olunub - 35,84 faiz. Ərzaq mallarında qiymət atımı - 16,33 faiz, qeyri-ərzaq mallarında isə - 14,75 faiz təşkil edib.

Mərkəzin hesablamalarına görə, cari ilin yanvar-mart aylarında inflyasiyanın səviyyəsi 16,98 faiz, yanvar-iyunda isə - 17,44 faiz təşkil edib.

Azərbaycan Statistika Komitəsinin hesablamalarına müvafiq olaraq ötən ilin analoji dövrü ilə müqayisədə yanvar-sentyabrda inflyasiyanın artım sürəti 16 faiz təşkil edib. Ərzaq mallarının qiyməti 15,3 faiz, qeyri-ərzaq mallarının qiyməti- 10,3 faiz, xidmət sahəsindəki tariflər isə - 24,6 faiz artıb.

Xəbər lenti

Xəbər lenti