...

Ekspert: " İlin sonuna qədər Azərbaycan ərzaq malları bazarında 10 faizli qiymət artımı gözlənilir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2007 16:02 (UTC +04:00)
Ekspert: " İlin sonuna qədər Azərbaycan ərzaq malları bazarında 10 faizli qiymət artımı gözlənilir"

Azərbaycan, Bakı / Trend , müxbir U.İsmayılova/ Azərbaycanın ərzaq malları bazarında qiymətlər ilin sonuna qədər daha 10 faiz artacaq, ilin əvvəlindən isə, qiymətlər 20 faiz qalxıb. Bu barədə çərşənbə günü Azərbaycan Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov məlumat verib.

İlin əvvəlində Hüseynov bu il üçün ölkənin ərzaq malları bazarında qiymət artımını

30 faiz proqnozlaşdırıb.

Hüseynovun sözlərinə görə, əsasən, kənd təsərrüfatı məhsullarında müşahidə olunacaq qiymət artımı mövsüm göstəriciləri və kənd təsərrüfatı məhsullarının defisiti ilə əlaqədardır.

Dövlət Statistika Komitəsinin hesablamalarına görə, yanvar-sentyabr ayları ərzində ərzaq mallarının qiyməti 15,3 faiz artıb.

Xəbər lenti

Xəbər lenti