...

Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin tikintisinin təqdimatı noyabrın 21-də olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2007 12:09 (UTC +04:00)
Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin tikintisinin təqdimatı noyabrın 21-də olacaq

Gürcüstan, Tbilisi / Trend , müxbir N.Kirtsxaliya/ Noyabrın 21-də Marabdada (Cənubi Gürcüstan, Samtsxe-Cavaxetiya regionu) Azərbaycan, Gürcüstan və Türkiyənin nəqliyyat sistemlərini birləşdirəcək Bakı -Tbilisi - Qars dəmir yolu tikintisinin təqdimatı olacaq. Bu barədə Gürcüstanın prezident administrasiyasından məlumat verilib.

Tədbirdə Azərbaycan prezidenti İlham Əliyevin iştirakı gözlənilir. Sabah Türkiyə prezidenti Abdulla Gül Gürcüstana gələcək. Gürcüstan prezidenti Mixail Saakaşvili çərşənbə günü Marabdaya gedəcək.

Artıq yolun Gürcüstan hissəsinin tikintisi üzrə işləri aparacaq şirkət müəyyən olunub. Bu, Azərbaycanın "Azərinşaat Servis" şirkətidir.

Dəmir yolunun Gürcüstan hissəsinin tikintisi üçün Azərbaycan bu ölkənin "Marabda-Karsi dəmir yolu" MMC-yə 25 il müddətinə, illik bir faiz olmaqla, 200 mln. dollar kredit ayıracaq.

Azərbaycan Beynəlxalq Bankı bu günlərdə Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin tikintisi üzrə layihə operatoru "Marabda-Karsi dəmir yolu" MMC-yə birinci kredit tranşını ayıracaq. Birinci kredit tranşının ümumi həcmi 40 mln. dollar təşkil edəcək.

Bu vəsaitlə Gürcüstan ərazisində 29 km uzunluğunda yeni dəmir yolu xətti çəkiləcək, Türkiyə ilə sərhəddə isə, qoşa təkərin dəyişdirilməsi üzrə məntəqə tikiləcək, həmçinin, köhnə yol yenidən qurulacaq.

Azərbaycan, Gürcüstan və Türkiyə bu ilin fevralında Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi üzrə yekun sənəd imzalayıblar.

Xəbər lenti

Xəbər lenti