...

Bakı Banklarası Valyuta Birjası noyabrın 23-də bağlanmış əqdlərin yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2007 20:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, 23 noyabr tarixdə USD/AZN ortaölçülüməzənnəsi hər ABŞ dollarına görə 0,8477 AZN təşkil edib.

BEST sistemində keçirilən səhər sessiyasınınaçılış məzənnəsi hər ABŞ dollara görə 0,8478 AZN təşkil edib. USD/AZN T+0aləti üzrə qeydə alınan əqdlərin həcmi 489 123 AZNtəşkil edib. Sessiyanın yekunlarına görə manatın orta məzənnəsi dollara nisbətən dəyişilməz qalıb.

BEST-in gündüz sessiyasında USD/AZN T+0aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 3 594372 AZN təşkil edib. Gündüz sessiyasının nəticələrinə görə, manatın orta məzənnəsi dollara nisbətən 0,8477AZN təşkil edib.

Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, "Birca Elektron Sistemində Ticarət"in ümumi həcmi USD/AZNaləti üzrə $4 817 000ABŞ dolları və ya 4 083 495 AZNtəşkil edib. Orta hesabla, hər sövdələşmənin payına802 833ABŞ dolları düşür.

Qeyd edək ki, USD/AZN T+1, T+2 və SWAP_USD/AZNalətləri üzrə tələbat olmadığı şəraitdə, dilerlər tərəfindən əqdlər bağlanılmayıb.

AVROvəRus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 14,50%, ABŞ dolları üzrə isə illik 15,50% təşkil edib.

Gün ərzində banklar arasında həcmləri 1 000 000 AZN və 1 000 000 AZN müddətləri 10 və 28 gün(faizdərəcələri illik 14%və 17%) və 550 000 USD və 585 000 USD müddətləri 90 və 120 gün (faizdərəcələri hər iki əqd üçün 16% və 14% təşkil edən) əqdlər qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti