...

"Bakı Fond Birjası "Fond bazarı: bizimlə öyrənin və qazanın" kampaniyasına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2007 19:08 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Bakı Fond Birjası ölkədə Fond Bazarına marağı artırmaq, yerli biznes dairələri və iş adamlarının qiymətli kağızlar haqqında bilgilərini genişləndirmək məqsədilə, "Fond Bazarı: bizimlə öyrənin və qazanın" kampaniyasına start verib.Kampaniya çərçivəsində, Bakı Fond Birjasının, Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Milli Depozit Mərkəzinin və qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının nümayəndələri mütəmadi şəkildə ölkənin regionlarına səfər edərək, orada yerli biznes - dairələrlə görüşəcək və onları ölkəmizin qiymətli kağızlar bazarı və buradakı perspektivlər haqqında məlumatlandıracaqlar. Kampaniya, əsasən, iki istiqamətdə həyata keçiriləcək: regional biznes - dairələrin Fond Bazarı haqqında maarifləndirilməsi və potensial emitent və investorların bazara cəlb edilməsi. Kampaniya çərçivəsində ilk regional konfrans 2007-ci ilin dekabr ayının 7-də, Gəncə Sahibkarlar Assosiasiyasının birgə dəstəyi ilə Gəncə şəhərində keçiriləcək. Regional konfransda 100-dən artıq yerli müəssisə və şirkət nümayəndələrinin iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti