Azərbaycan, Bakı / Trend , müxbir U.İsmayılova/ Azərbaycanın iri lizinq şirkətlərindən biri olan Ata leasing ikinci dəfə dövriyyəyə 500 min dollar həcmində korpotariv istiqrazlar buraxır. Bu barədə Şirkətin çərşənbə axşamı yayılan məlumatıda bildirilir.
Bir istiqrazın nominal dəyəri min dollar təşkil edir, istiqrazların dövriyyə müddəti üç ildir. İstiqrazlar üzrə dərəcələr 17 faiz təşkil edir.
İlk dəfə Ata leasing dövriyyəyə 2005-ci ilin avqustunda, hər istiqrazın nominal dəyəri 100 dollar olmaqla, iki illik dövriyyə müddəti üzrə 5 min korpotariv istiqraz buraxıb.
Ata leasing Azərbaycanın lizinq bazarında 2004-cü ildən fəaliyyət göstərir. Şirkət səhmlərinin 64 faizi AtaHolding, 36 faizi isə, AtaBank-a məxsusdur. Şirkətin Nizamnamə kapitalı 500 min manat təşkil edir.