...

Azərbaycan Aİ-yə ENP milli planının implementasiyası üzrə hesabat təqdim etməyə hazırdır -nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2007 13:17 (UTC +04:00)
Azərbaycan Aİ-yə ENP milli planının implementasiyası üzrə hesabat təqdim etməyə hazırdır -nazir müavini

Azərbaycan, Bakı/ " müxbir İ.Xəlilova/ Azərbaycan hökuməti Avropa Qonşuluq Siyasəti (ENP) çərçivəsində Milli Fəaliyyət Planı üzrə illik hesabat üzərində işləri praktiki olaraq başa çatdırıb. Milli plan noyabrın 14-də Aİ-Azərbaycan əməkdaşlığı Şurasının iclasında Brüsseldə təsdiq edilib. Bu barədə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib. Onun sözlərinə görə, implementasiya üzrə hesabatın sonuncu variantını Avropa Komissiyasına növbəti ilin əvvəlində təqdim etmək planlaşdırılır. O hesab edir ki, birinci ildə plan üzrə irəliləmə var, lakin o sahələrdən asılı olaraq fərqlənir. Məmmədquliyev bildirib ki, fəaliyyət planı beş ilə hesablansa da, 2008-ci ildən bu istiqamətdə işləri fəallaşdırmaq planlaşdırılır. Plan 2007-2010-cü illər üçün nəzərdə tutulub. Fəaliyyət planında ölkədə demokratiyanın gücləndirilməsi, iş və investisiya iqliminin yaxşılaşdırılması, davamlı iqtisadi inkişafın dəstəklənməsi, iqtisadi sahədə və idarəetmə praktikasında qanunvericiliyin Aİ standartları ilə uyğun vəziyyətə gətirilməsi, energetika, nəqliyyat sferasında Aİ və AR arasında əməkdaşlığın gücləndirilmsəi, regional əməkdaşlığın gücləndirilməsi, sərhədyanı idarəetmə sahəsində əməkdaşlıq Azərbaycan üçün prioritet istiqamətlər kimi müəyyən edilib. Fəaliyyət planı üzrə tədbirlərin maliyyələşdirilməsi üçün indikativ proqramlar nəzərdə tutulub. 2007-2010-cu illərdə Azərbaycan üçün indikativ proqram layihəsi artıq Avropa İttifaqının müzakirəsindədir. Proqramın büdcəsi 92 mln. avrodur. Bununla yanaşı, 2007-ci ildə 19 mln, 2008-ci ildə isə 15 mln. avro ayrılması nəzrədə tutulub. Azərbaycanın Aİ ilə əməkdaşlığa başladığı 1992-ci ildən müxtəlif xətlərlə ölkəyə 400 mln. avro yardım edilib.

Xəbər lenti

Xəbər lenti