Azərbaycan, Bakı, 15 yanvar/ " müxbir Ü.İsmayılova/ Dekabrda Bakının mənzillərin icarə bazarında orta qiymət ayda $645 təşkil edib. İl ərzində qiymətlər 5.1% artıb. Bu barədə "Əmkak bazarının iştirakçıları" İctimai Birliyinin çərşənbə axşamı yayılan məlumatında deyilir.
Dekabrda kommersiya obyektlərinin icarə bazarında qiymətlər $22 kv.m olub.
İl ərzində kommersiya obyektlərinin icarə qiymətinin artımı 12,1% təşkil edib. Bu, inflyasiyanın artması və bayramqabağı fəallıqla əlaqədardır.