Azərbaycan, Bakı, 22 yanvar / Trend , müxbir İ.Xəlilova / Çərşənbə axşamı Azərbaycan Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Gündüz Məmmədov Komitənin qiymətli kağızlar bazarına nəzarəti sərtləşdirdiyini bildirib. Ötən il ərzində qanun pozuntusuna görə cərimələrin ikiqat artırılması bunun göstəricisidir. Qanun pozanlara qarşı 61 min manat dəyərində 227 tədbir görülüb. 2006-cı ildə bu göstərici 26 min manat dəyərində 115 cərimə olub.
QKDK səhmdar cəmiyyətlərə 41 tələbə qarşı 73 tələb irəli sürüb. 2007-ci ildə QKDK-yə 552 səhmdar cəmiyyətdə investorların hüquqlarının pozulması barədə şikayət daxil olub. Bu göstərici 2006-cı ildə 407- ə bərabər olub.
"Biz onlara baxdıq və onların heç də hamısının ədalətli olmadığı nəticəsinə gəldik. Belə ki, müraciət edənlərin hamısı öz hüquqlarını tam başa düşmürlər", - Məmmədov deyib.
Dövlət Komitəsinin rəhbəri stabil dividendlər verən SC-lərin sayının artmasını diqqətəlayiq hesab edir. " İki-üç il bundan əvvəl biz 15-30 səhmdar cəmiyyətindən danışırdıqsa, indi 150-200 SC stabil dividendlər ödəməyə başlayıb", - Məmmədov qeyd edib.
Bununla yanaşı, müəssisələr gəlirlə işləyiblər. Onlar korporativ idarəetmə normalarına əməl etməyə başlayıblar. Məmmədovbildirib ki, hazırda Azərbaycanda 1500-2000 SC-nin fəaliyyət göstərir, onlardan 200- ə yaxını dividend ödəyir. Bu, kiçik göstərici olsa da, əsas odur ki,proses davam edir.
QKDK rəhbərinin rəyinə görə, bu, ölkədə işgüzar fəallığın artması ilə izah olunur. İnvestorların hüquqlarının müdafiəsi üzrə tədbirlər də nəticə verir.
Ümumilikdə səhmdar cəmiyyətlərinin 70-80%-i səhmdarların toplantısını çağırmağa başlayıb. İllik hesabatları isə 800-900 SC açıqlayır.