...

2007-ci ildə "Parabank"ın aktivləri 64 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2008 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 fevral / " , müxbir Ü.İsmayılova / "Parabank" ASC-nin 2008-ci il yanvarın 1-nə olan aktivləri 41365,79 min manat təşkil edib, bu da 2007-ci ilin analoji göstəricisindən 64 faiz artıqdır, bazar ertəsi bankın yaydığı məlumatda bildirilib.

Bankın baş ofisindən verilən məlumata görə, bu vaxt ərzində kredit portfeli 28 faiz artaraq 21707,48 min manat, depozit portfeli 103 faiz artaraq - 16577,43 min manat təşkil edib. Bankın ümumi kapitalı 40 faiz - 12339,54 min manatadək artıb, o cümlədən nizamnamə kapitalı 69 faiz artaraq, 9394,2 min manat təşkil edib.

2007-ci ildə bankın mədaxili 9547,7 min manat, məxarici - 9161,8 min manat təşkil edib. Yekunda 2007-ci ildə bankın gəliri 385,9 min manat təşkil edib, bu da 2006-cı ilə nisbətən 57,9 faiz artıq olub.

"Parabank" 1991-ci ildən fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti