...

Azərbaycan hökuməti kommunal sektorda tariflərin dəyişdirilməsinə baxacaq – nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2008 18:41 (UTC +04:00)
Azərbaycan hökuməti kommunal sektorda tariflərin dəyişdirilməsinə baxacaq – nazir

Azərbaycan, Bakı, 06 fevral / müxbir İ.Xəlilova/Azərbaycanın Tarif Şurası kommunal sektorda tariflərin dəyişdirilməsini bu sahədə xidmət keyfiyyətinin artırılmasından sonra gündəliyə daxil etməyə hazırdır. Bu barədə çərşənbə günü Şuranın sədri Heydər Babayev iqtisadi inkişaf nazirliyi kollegiyasının yekunları üzrə mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, Tarif Şurasına kommunal tariflərinin artırılması üzrə müraciət daxil olub və hazırda ona baxılır. Lakin hələ qərar qəbul edilməyib.

"Bizi ölkədəki kommunal təsərrüfatın vəziyyəti çox narahat edir. Biz, ilk növbədə, kommunal müəssislərin xidmət keyfiyyətinin artırılmasına nail olmaq, sonra isə tariflərin dəyişdirilməsi məsələsinə baxmağı düşünürük", - Babayev bildirib.

Nazirlikdə kommunal sektorda islahatlar üçün tədbirlər hazırlanır. Əvvəllər onları ayrıca proqram çərçivəsində həyata keçirmək planlaşdırılsada, İİN bu fikirdən imtina edib.

Azərbaycanda kommunal xidmət tarifləri (elektrik enerjisi, qaz, su, kanalizasiya xidmətləri) sonuncu dəfə 2007-ci ildə dəyişdirilib.

Xəbər lenti

Xəbər lenti