...

Azərbaycanın dəmiryolçuları tətil edirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2008 14:27 (UTC +04:00)
Azərbaycanın dəmiryolçuları tətil edirlər

Azərbaycan, Bakı, 15 fevral/ " , müxbir Ü.İsmayılova/ Bakı yaxınlığındakı Biləcəri qəsəbəsində Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin tərkibinə daxil olan "Lokomotiv" İB-nin işçiləri tətil edirlər və əmək haqlarının artırılmasını tələb edirlər. Bu barədə cümə günü İB-nin işçiləri hadisə yerindən telefonla məlumat veriblər.

"Aldığımız məbləğ bizi qane etmir. Biz onun iki dəfə artırılmasını və vaxtında verilməsini tələb edirik" - əməkdaşlar bildiriblər.

Birliyin maşinistləri ayda 200 manat, sıravi işçiləri isə 58 manat əmək haqqı alırlar. Birliyin bütün işçiləri əmək haqqının iki dəfə artırılmasını tələb edirlər.

"Lokomotiv" İstehsalat Birliyinin maşinistləri cümə günü səhər saat 11-dən tətilə başlayıblar. İşçilər artıq tələblə təşkilatın rəhbərlərinə və Dəmir Yolu İdarəsinə müraciət ediblər.

Dəmiryolçuların sözlərinə görə, rəhbərlər tətil edənlərin tələblərinə cavab olaraq hələ ki, əmək haqqını artıra bilməyəcəklərini bildiriblər. Belə ki, təşkilatın büdcəsi buna imkan vermir.

Məsələ ilə bağlı "Lokomotiv" İB-nin rəisi Asim Qasımovla əlaqə saxlamaq mümkün olmayıb.

Məqalə müəllifinin ünvanı: ulv

Xəbər lenti

Xəbər lenti