...

"Unileasing" Azərbaycanın daşınmaz əmlak bazarının inkişafına kapital qoyur

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2008 17:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral / " , müxbir Ü.İsmayılova / Azərbaycanın iri lizinq şirkətindən biri "Unileasing" il ərzində "Kommersiya daşınmaz əmlakı" sektorunun inkişafına $5-7 mln. yönəltməyi planlaşdırır - bazar ertəsi şirkətin yayıldığı məlumatında deyilir.

Statistik məlumatlara əsasən, ölkədə ipoteka kreditləşməsinin geniş yayılması müşahidə olunur. Bunun sayəsində praktiki olaraq bütün banklar fiziki şəxslərə mənzil almaları üçün kreditləşmə proqramı təklif edir. Bununla belə, borc vəsaitdən istifadə edərək kommersiya daşınmaz əmlakının alışı o qədər də az deyil, lakin maliyyə institutlarının bu sahədə təklifləri məhduddur. Bunu nəzərə alaraq, "Unileasing" QSC sahibkarlar və təşkilatlar üçün bu məsələnin daha səmərəli həllini- kommersiya daşınmaz əmlakının lizinq yolu ilə əldə edilməsini təklif edir.

Kommersiya daşınmaz əmlak lizinqinin mahiyyəti ondan ibarətdir ki, müştəri qiymət, yerləşmə və istismar xarakteristikası üzrə ona lazım olan daşınmaz əmlak obyektini seçir. Daha sonra o, lizinq şirkətinə maliyyələşdirilmə üçün ərizə ilə müraciət edir və lizinq müqaviləsi imzalayır. Müqavilə çərçivəsində müştəri hər ay lizinq ödənişini edir, lizinq müddətinin bitməsindən sonra o, daşınmaz əmlakın tam sahibinə çevrilir.

"Unileasing" şirkətinin kommersiya daşınmaz əmlak lizinqinin üstünlüyü ondadır ki, icarə müqaviləsindən fərqli olaraq, lizinq razılaşması müddəti başa çatdıqdan sonra müştəri əmlakın sahibkarı olur. Bundan əlavə, əksər hallarda analoji daşınmaz əmlakın icarə ödəmələrinin məbləği lizinq ödəmələrinin məbləğini ötür, həm də əmlakın istifadəsi köçürülmə və icarə ödənişlərinin artması riskindən azad olaraq həyata keçirilir. Bundan əlavə, lizinq zamanı müştəri daşınmaz əmlakla istədiyi kimi rəftar edir.

Lizinq şirkətinin layihəsi sahəsində aşağıdakı kommersiya daşınmaz əmlakları lizinqlə əldə etmək olar:

- Ofis binaları və yerləri;

- Biznes-mərkəzlər;

- Mehmanxanalar, restoranlar, şadlıq evləri;

- Banklar üçün yerlər;

- İstehsalat yerləri;

- Ticarət və oyun yerləri;

- İctimai iaşə yerləri;

- Anbar malları və digərlər.

Şirkətin 2008-ci ilin strateji planlarına müvafiq olaraq, kommersiya daşınmaz əmlak lizinqi inkişafın prioritet istiqamətlərindəndir. 2007-ci ilin sonu üçün olan vəziyyətə görə, kommersiya daşınmaz əmlakı şirkətin lizinq portfelinin 11 faizini təşkil edib, ilin sonunadək bu göstəricinin 15-18 faizədək artması gözlənilir.

Xəbər lenti

Xəbər lenti