...

"Unileasing" kommersiya daşınmaz əmlakı lizinqinin müddətini 10 ilə qədər uzadıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2008 13:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart / " / "Unileasing" lizinq şirkəti kommersiya daşınmaz əmlakı üzrə yerli bazarın inkişafı layihəsinin birinci mərhələsini tətbiq etməyə başlayıb. Bu barədə şirkətin çərşənbə axşamı verilən məlumatında deyilir.

Bu mərhələ çərçivəsində bazarın marketinq tədqiqatı keçirilib, bazarda bir sıra təklif və sorğulara baxılıb və daşınmaz əmlakın lizinqi layihəsi üzrə yeni şərtlər həyata keçirilib.

Mart ayının 1-dən 10 il müddətinə ofis, biznes mərkəzlər, restoran, mehmanxana, şadlıq evləri, istehsal müəssisəsi və başqa daşınmaz əmlakları əldə etmək mümkündür.

Layihə çərçivəsində tarif faizləri dəyişməz olaraq qalır - illik 18 faizlə. Daşınmaz əmlakın konkret obyektləri üzrə ödənişləri hesablamaq şirkətin internet -mənbəsinin lizinq kalkulatoru vastəsilə mümkündür. Bunun vasitəsilə şirkətin mütəxəssislərindən on-line məsləhətlər də almaq olar.

Kommersiya daşınmaz əmlakın qiymətləri və icarə haqları hər ay artdığı bir vaxtda, obyektlərin yerli bazar şərtlərinə uyğun alınması böyük aktuallıq kəsb edir.

Kommersiya daşınmaz əmlakı üzrə yerli bazarın inkişafı layihəsi çərçivəsində "Unileasing" şirkəti cari ildə 5mln. dollardan 7 mln. dollara qədər investisiya qoymaq niyyətindədir. Şirkətdə daşınmaz əmlakın maliyyələşdirilməsinin təkmilləşdirilməsindən əlavə, şirkətin korporativ saytı vasitəsilə daşınmaz əmlak obyektlərinin maliyyələşdirilməsi ilə bağlı ərizə və elanların qəbulu üçün on-line formalarının tətbiqi də planlaşdırılır. Şrikətin planına həmçinin daşınmaz əmlak və digər obyeklərin vahid məlumat bazasının yaradılması da daxildir.

Xəbər lenti

Xəbər lenti