Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir U.İsmayılova/ Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə "Daşınmaz əmlakın qeydiyyatı" layihəsinin reallaşdırılması üzrə işləri sürətləndirməyi tövsiyə edib. Bu barədə bazar günü Dövlət Xidmətindən məlumat verilib.
Cümə günü Dövlət Xidmətində keçirilən müşavirə zamanı "Daşınmaz əmlakın qeydiyyatı" layihəsinin reallaşdırılmasının gedişatı müzakirə olunub. İclasda layihə üzrə idarəetmə qrupunun rəhbəri Şahin Pənahov layihə bəndlərinin yerinə yetirilməsi və işlərin sürətləndirilməsinə dair perspektivlərdən danışıb.
Azərbaycan hökuməti və BYİB ötən ilin iyul ayında daşınmaz əmlakın vahid kadastr sisteminin birgə tətbiqinə dair saziş imzalayıb. Layihə dörd komponentdən ibarətdir: daşınmaz əmlakın qeydiyyatı; dövlət əmlakının idarə olunması və reyestri; baza kartoqrafiyası və torpaq kadastrı; treninqlər, siyasətin formalaşdırılması və layihə üzrə idarəetmə.
Layihənin dəyəri 38,57 mln. dollardır. Bu məbləğin 30 mln. dolları BYİB kreditlərinin payına düşür. Kredit vəsaitləri beş illik güzəştli dövrlə 20 il müddətinə ayrılıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: capital