...

Avropa Komissiyası Azərbaycan və Aİ arasında PCA-nın reallaşdırılmasının dəstəklənməsi üçün məsləhətçi seçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2008 20:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart/ Trend müxbir İ.Xəlilova/ Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında Sazişin (PCA) reallaşdırılmasının dəstəklənməsi üçün Avropa Komssiyası məsləhətçi müəyyən edib. Bu Yunanıstanın European Profiles firmasının başçılıq etdiyi konsorsiumdur. Bu barədə bazar günü Avropa İttifaqının texniki yardım proqramları koordinasiya bürosunun (Tacis) icraçı direktoru Rüfət Məmmədov məlumat verib.

European Profiles ilə müqavilə iki il müddətinə bağlanıb. Layihənin büdcəsi 3 mln. avro təşkil edir.

Məsləhətçi PCA ilə nəzərdə tutulan 17 sahədə Azərbaycan qanunvericiliyinin Avropa standartlarına yaxınlaşdırılması, fəaliyyət planının apraksimasiyası, dövlət strukturularının və cəmiyyətin Avropa İttifaqı, Avropa İttifaqında baş verən proseslər haqqında məlumatlandırılması və Azərbaycan və Aİ arasında qarşılıqlı münasibətlərə yardım göstərəcək. Məmmədov bu layihə çərçivəsində koordinasiya bürosunun fəaliyyətinin də dəstəklənəcəyini bildirib.

Onun sözlərinə görə, layihənin rəhbəri artıq Bakıdadır. Beynəlxalq ekspertlərin isə, aprelin əvvəlində gələcəyi gözlənilir.

PCA-nın reallaşdırılmasının dəstəklənməsi 2006-cı il iyunun 15-də Avropa Komissiyası tərəfindən təsdiqlənmiş 2006-cı maliyyə ili üçün Azərbaycan üzrə Tacis milli fəaliyyət planı çərçivəsində həyata keçirilir. Azərbaycan və Aİ arasında maliyyə memorandumu ötən il imzalanıb.

Məqalə müəllifinin ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti