...

İri tikinti şirkəti AKKORD Bakıda yaşayış binasını istismara verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Aprel 2008 18:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel/ Trend müxbir Ü.İsmayılova/ Azərbaycanın iri sığorta şirkəti AKKORD bazar ertəsi Bakının Nərimanov rayonunda uzunmüddətli kredit şərtləri əsasında tikilən ikinci yaşayış binasını istismara verib.

Yeni 16 mərtəbəli bina 2 blok və 200 mənzildən ibarətdir. Binanın konstruksiyası zəlzələyə davamlıdır və drenaj sisteminə malikdir. Binada mərkəzləşdirilmiş ventilyasiya sistemi, isitmə, daimi isti və soyuq su, həmçinin gecə-gündüz yanğından mühafizə sistemi mövcuddur. Bina 24 saat mühafizə olunur.

AKKORD şirkəti uzunmüddətli kredit şərtləri əsasında birinci yaşayış binasını martda istismara verib. Bakının Xətai rayonunda yerləşən dördbloklu 16 mərtəbəli bina 300 mənzildən ibarətdir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti