...

Azərbaycanda "quş qripi" xəbərdarlığı üzrə monitorinq başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2008 18:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may/ Trend , müxbir S.Babayeva/ Bazar ertəsindən etibarən, Azərbaycanda "quş qripi" xəbərdarlığı üzrə dördüncü və sonuncu yaz monitorinqi başlayıb. Bu barədə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi nəzdində Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli məlumat verib.

"Monitorinq bir həftə davam edəcək. Laborator tədqiqatlarına da bu qədər vaxt lazım olacaq. İşin yekunları mayın 23-də açıqlanacaq", - o bildirib.

Monitorinq Abşeron yarımadası və yaxın əraziləri, Dəvəçi, Salyan, Ağcəbədi və Lənkəran rayonlarını, Xəzərin sahilyanı xəttini əhatə edəcək. O, Baytarlıq Xidməti, Ekologiya, Səhiyyə Nazirlikləri və Azərbaycan Ovçular Cəmiyyətinin mütəxəssislərindən ibarət xüsusi komissiya tərəfindən aparılacaq.

Əvvəlki üç monitorinq ölkə ərazisində quş qripi virusunun olmamasını göstərib.

Ötən il Dövlət Xidməti Azərbaycanda 12 monitorinq həyata keçirib, 8 mindən çox çöl və ev quşu nümunəsini tədqiq edib və onların heç birində virus daşıyıcısı aşkar etməyib.

Buna baxmayaraq, Azərbaycanda çöl quşlarının istifadəsi və satışına 2005-ci ilin payızında qoyulan qadağa qüvvədədir. Ölkənin bütün sərhəd-keçid baytarlıq məntəqələri "quş qripi"nin qarşısının alınması üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Dövlət xidməti ev quşlarının xəstəliyin daşıyıcıları olan vəhşi quşlarla əlaqəsindən qaçmaq üçün, onları qapalı yerlərdə saxlamağı tövsiyyə edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:[email protected]

Xəbər lenti

Xəbər lenti